Sərhədə ordu yeridildi, təyyarələr... – Hücum hər an başlana bilər

Baxış sayı:
1024

Son günlər Türkiyənin Suriya sərhədində hərbi hərəkətliliyi pik həddə çatıb. Yeni hərbi əməliyyatın hər an başlaya biləcəyi gözlənilir.
S-400-lərə görə gərginləşən ABŞ-Türkiyə münasibətləri fonunda Ankaranın Suriyada yeni əməliyyat planını müzakirə etdiyi deyilir.
Türkiyənin cümhuriyyət tarixində ilk dəfə ən böyük hərbi qüvvələrini Suriya sərhədinə yerləşdirməsi başda ABŞ olmaqla, bütün dünya tərəfindən diqqətlə izlənilir.
Hazırda ABŞ-ın bölgəni pilotsuz təyyarələrlə gecə-gündüz izləyir. Vaşinqtonun əldə etdiyi məlumatları terror təşkilatı PYD/YPG-yə verib-vermədiyi hələlik məlum deyil.
İyulun 22-də ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya gələcək. Türkiyənin Fəratın şərqində hərbi əməliyyata başlayıb-başlamayacağı bu görüşlərdən sonra məlum olacaq./Publika