​Sərdar Cəlaloğlu özünə yeni müavin təyin etdi

Baxış sayı:
2410

Bu gün ADP İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr, təşkilati və partiyanın cari fəaliyyəti bağlı məsələlər müzakirə olunub.
Müzakirələrdə son vaxtlar Hindistanda hinduslarla müsəlmanlar arasında baş verən qarşıdurmada kütləvi şəkildə müsəlmanların öldürülməsi hadisəsi dərin kədər hissi ilə qarşılanıb. İdarə Heyəti baş verənləri qətiyyətlə pisləyib və Hindistan hökumətindən insanların dini inanclarına hörmətlə yanaşmağı, müsəlman vətəndaşlarının hüquqlarının qorunmasını tələb edib. İdarə Heyəti hesab edib ki, dünyanın ayrı-ayrı yerlərində İslama və müsəlmanlara qarşı hücum mədəniyyətlərarası toqquşmada bir vasitə kimi istifadə olunur ki, bu yolverilməzdir. İdarə Heyəti eyni zamanda qətliamın dairəsinin müəyyənləşdirilməsi və cavabdehlərin cəzalandırılması naminə BMT və bir sıra beynəlxalq təşkilatları Hindistan dövlətinə öz təsir müxanizmlərindən istifadə etməyə, bütün müsəlman dünyasını isə baş verənlərə qarşı həmrəylik nümayiş etdirməyə çağırıb.
İclasın sonunda təşkilati məsələlərə də baxılıb. ADP sədri Nəsirli Kamran Yaşar oğlunu özünə Gənclərlə iş üzrə müavin təyin edib.
Sonda partiyanın cari fəaliyyəti ilə bağlı da bir sıra məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib.
Muxalifet.az