​SƏRDAR CƏLALOĞLU İLHAM ƏLİYEVİ TƏBRİK ETDİ – ADP prezident seçkiləri ilə bağlı bəyanat yaydı

Baxış sayı:
3913

ADP 11 aprel 2018-ci il tarixdə keçirilən Prezident seçkilərində partiya adından prezidentliyə namizəd kimi iştirak edən partiya sədri Sərdar Cəlaloğlunun bu seçkilərdə əldə etdiyi faktiki nəticələri qəbul edir.
Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, bu haqda partiyanın yaydığı bəyanatda vurğulanır.
Partiya bu seçkilərin faktiki nəticələrinə görə İlham Əliyevin qalib gəldiyini etiraf edir və onu prezident vəzifəsinin davam etdirilməsi münasibəti ilə təbrik edir.
Bəyanatda daha sonra qeyd olunur:
“ADP ümid edir ki, İ.Əliyev seçkiqabağı vəd etdiyi siyasi islahatları ardıcıl və prinsipial olaraq həyata keçirəcək, Azərbaycanın Avro-Atlantika məkanına inteqrasiya olunmasında prinsipial mövqe tutacaq, ölkədə geniş miqyas almış yoxsulluq, işsizlik, evsizlik, hüquqsuzluq problemlərinin effektli həlli istiqamətində ciddi addımlar atacaq, siyasi məhbus problemini birdəfəlik və effektli həlli üçün zəruri tədbirlər görəcək, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquqa uyğun tezliklə həll edilməsində xalqın və dövlətin bütün imkanlarını səfərbər edəcək, aztəminatlı ailələrin, eləcə də Qarabağ veteranlarının və şəhid ailələrinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması üçün kompleks tədbirlər görəcək, ölkədə vətəndaş həmrəyliyinə nail olmaq üçün iqtidar-müxalifət münasibətlərinin yenidən qurulmasına və siyasi dialoq mühitinin inkişaf etməsinə yaxından dəstək verəcək, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun və hərbi qüdrətinin daha da gücləndirilməsinə nail olacaqdır.
ADP öz tərəfindən milli və dövlət maraqları naminə iqtidara hər cür dəstək verməyə və mövcud problemlərin həllində hər cür əməkdaşlığa hazır olduğunu bildirir”.
 
Muxalifet.az