“Space” efirdə baş verən xoşagəlməz hadisəyə dair açıqlama yayıb

Baxış sayı:
3181

"Space" telekanalı canlı efirdə baş verən biabırçılıq (müğənni Rüfət Axundovun mahnı oxuyarkən biədəb kəlmələrdən istifadə etməsi) barədə açıqlama yayıb.
 
Teleşirkətdən verilən açıqlamada bildirilir:
"Nəzərinizə çatdıraq ki, 4 aprel 2019-cu il tarixdə “Space” tv-də yayımlanan “Hər səhər” verilişində müğənnilərdən Rüfət Axundov və Rəşad İlyasov qonaq qismində iştirak zamanı efir mədəniyyətinə ziddi olaraq əxlaqdan kənar ifadələrə yol veriblər. Belə ki, qonaqlar tanınmış mahnını ifa edən zaman gözlənilmədən, canlı yayımın imkanlarından sui-istifadə edərək məhz mahnının səsləndirdiyi vaxt efir əxlaqına xas olmayan sözlər işlədiblər. Adı çəkilən hər iki müğənninin “Space” Tv-yə hər hansı bağlılığı olmadığından, yalnız qonaq qismində iştirak etdiklərindən onlara qarşı bizim hansısa hüquqi addım atmağımız mümkün deyil. Buna baxmayaraq, “Space” TV olaraq efir əxlaqına uyğun olmayan sözlər işlədən müğənniləri kəskin qınamaqla yanaşı, verilişin yaradıcı və texniki heyəti ilə də əlaqədar ciddi təxirəsalınmaz tədbirlər gördük. Bütün bunları nəzərə alaraq bir daha bəyan edirik ki, efirə dəvət olunmuş bu qonaqların belə xoşagəlməz hərəkətlərinə görə Space tv olaraq hiddətlənir və təəssüf edirik".