​Sosial şəbəkədə tanış olduğu qızın başına oyunlar açdı - BAKIDA İYRƏNC CİNAYƏT

Baxış sayı:
8914

Bakıda sosial şəbəkədə tanış olduğu qadını sonradan zorlamaqda təqsirləndirilən Roman İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Muxalifet.az Lent.az-a istinadən xəbər verir ki, Roman İbrahimov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
Qeyd edək ki, hadisə Nizami rayonunda qeydə alınıb. Paytaxt sakini Roman İbrahimov sosial şəbəkələrdən birində Nigar adlı qızla (ad şərti verilib) tanış olub.
Daha sonra Roman İbrahimov Nigarla real həyatda görüşməyə başlayıb və onu evə gətirib. Roman evdə qızı dəfələrlə zorlayıb. Daha sonra o, qıza qarşı zorakılıq göstərib və həmin evdə qalmasını tələb edib. Nigar onun tələbini yerinə yetirmədiyi halda Roman onu yaxın qohumlarını öldürməklə hədələyib.
Nigar evdə qaldığı müddətdə Roman zor tətbiq edərək onunla dəfələrlə cinsi əlaqədə olub, digər seksual xarakterli hərəkətlər edib. Qız evdən qaçmağın bir yolunu tapıb və polisə şikayət edib.
İstintaq orqanı tərəfindən Roman İbrahimovun barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddələri ilə ittiham elan edilib.