SOROS DÜNYANI YANDIRIR: Makron bu gün onun elçiləri ilə görüşəcək

Baxış sayı:
6829

Rəngli inqilabların əsas maliyyəçisi Corc Soros 2003-cü ildə Gürcüstanda, 2004-cü ildə Ukraynada, 2005-ci ildə isə Qırğızıstanda kütləvi qiyamlar vasitəsi ilə dövlət çevrilişi eləmişdi.
Fransada yanacağı bahalaşmasına qarşı “sarı jiletlilər”in etirazları hökumətin geriyə addım atmasına rəğmən davam eləyib, şənbə günü küçələr döyüş meydanına dönüb. Ölkə bir həftəyə yaxındır ki, kütləvi şiddət hadisələri ilə çalxalanır, iğtişaşlar Belçika və Hollandiyaya da yayılıb. Fransadakı kimi sarı jiletlərlə bayıra çıxarn etirazçılar həmin ölkələrin müxtəlif şəhərlərində hökumətin siyasətini tənqid edib və istefa şüarları səsləndiriblər. Qərbi Avropada baş verən hadisələr keçmiş Sovet İttifaqı ölkələrində baş verən rəngli inqilabları və bu inqilabların baş sponsoru olan Sorosu yada salıb. Bir çox ölkədə qeyri-hökumət təşkilatı pərdəsi altında fondları mövcud olan Soros 2003-cü ildə Gürcüstanda “Qızılgül inqilabı”, 2004-cü ildə Ukraynada “narıncı inqilab”, 2005-ci ildə isə Qırğızıstanda “Sarı zanbaq iqilabı” kimi kütləvi qiyamlarla bu ölkələrdəki hökumətləri devirmişdi. Amerikalı maliyyə fırıldaqçısı olan milyarder Corc Soros dünyanın müxtəlif ölkələrində kütləvi etirazları dəstəkləyərək ABŞ və qlobal sərmayə tərəfdarlarını iqtidara gətirməyə çalışır. Soros fondu bir çox ölkədə QHT-lərin vasitəsilə bu fəaliyyətlərini həyata keçirir.
Türkiyədə isə digər ölkələrdə səhnələşdirilən “rəngli inqilablar” 2013-cü ildə Gəzi Parkı təxribatlarında özünü göstərmişdi. Soros tərəfindən dəstəklənən “Otpor” lideri İvan Maraviç, Gezi hadisələrinin əsasını qoymaq üçün 18-21 iyun tarixlərində Türkiyə ilə əlaqə saxlamışdı. Sorosun dəstəklədiyi “Otpor” təşkilatı, digər ölkələrdə etdiyi kimi Türkiyədə də hadisələri “duran adam”, “oturan adam”, “çiçək atan adam”, “qırmızı geyinmiş qadın”, “pianino çalan adam” kimi fiqurlarla simvollaşdırılmışdı. Prezident Ərdoğan son açıqlamasında Gəzi Parkı hadisələrini təşkil elədiyi üçün həbsdə yatan Osman Kavalanı nəzərdə tutaraq demişdi: “Gəzi hadisələrində terrorçuların maliyyə mənbəyi olan şəxs hazırda içəridədir. Onun arxasında məşhur macar yəhudisi Soros var”.
Makron bu gün “sarı jiletlilər” ilə görüşəcək
Fransa prezidenti Emmanuel Makronun bahalaşmaya qarşı etirazlarını bildirən “sarı jiletlilər” ilə bu gün görüşəcəyi bildirilib. Görüşdə Məclisin sədri Riçard Ferrand ilə Senatın sədri Cerard Larçerin də iştirak edəcəyi bildirilir./Hurriyyet.org