SOROS ailəsinin “Mikroskopu”… - JALƏ MÜTƏLLİMOVADAN SENSASİON ARAŞDIRMA

Baxış sayı:
1875

Mikroskop media. Bütün sosial şəbəkələrdə aktivdir. “Nexta” teleqram kanalın törəməsidir. Bir mərkəzdən, Budapeşətdən, SOROS institutlarının ən çox fəaliyyət göstərdikləri ölkədən maliyyələri göndərilir. Yaxşı maddi və texniki təhcizatları var. Prosesə daha çox maddi ehtiyaclı, peşəkar, əqidəsi pul qazanmaq olanları cəlb edirlər. Yəni SOROS-un balaları “işləyir”.

Onlar Azərbaycandan Dağlıq Qarabağ savaşının hərbi hissəsinin tamamlanması, siyasi müstəviyə ötürülməsinə paralel başlayacaq informasiya müharibəsinin alt yapısını hazırlayırlar. Dövlət, xalq, ordu ittifaqını pozmağa çəhd edirlər. Məsələn bu gün üçün yüzlərlə adamın təhqirinə məruz qalsalar da, dünya dövlətlərinin bir neçə prezidenti ilə Azərbaycanın siyasi rəhbərliyini reytinq müqayisəsinə çıxarıblar. Yəni hakimiyyət dəyişiklikləri arasındakı zaman intervalını guya insanlara təqdim edirlər.

Təbii yaxşı anlayırlar ki, tarixi varlığı müddətindən, Qacarlardan üzü bəri iki yüz otuz illik bir fasilədən sonra Prezident İlham Əliyev o lider və sərkərdədir ki, adı Azərbaycan tarixində qızıl hərflərlə yazılı qalacaq. O, Qacarlardan sonra, ilk Azərbaycan-türk-müsəlman siyasi rəhbər idi ki, dövlətin ərazi bütövliyi uğrunda hərbi savaş, vətən müharibəsi başladı və onu uğurla tamamladı. Bunu həzm edə bilməyən cinah təbii ki, öz mikroskopunu bölgəyə yönətməlidir. Nə var, nə yox, nə ola bilər deyə durumu başqa necə proqnozlaşdırmaq olar. Ancaq mikroskop dəqiqliyi gərəkdir. İndi bunu edirlər. Bizə düşən ayıq-sayıq olmaq. Daha çox dövlət, millət sevən milli güclərə önəm vermək, onların peşəkarlığından istifadə etməkdi. Əks halda mikroskop altında olan Azərbaycana məhz bu dönəmdə, soyuq müharibədə, informasiya savaşında ciddi maneələr yaradarlar. Niyə? Qalib dövlət, qalib xalq və orduya çevrildikdən sonra, mübarizələr də onların formatı da dəyişir çünki. Yox, hər şey daha da asanlaşmır, hər şey daha da mürəkkəbləşir. Biz bunu ictimai rəyə, cəmiyyətə də anlatmalıyıq. Çünki qalib vətəndaş olmaq hər şeydən çətindir. Və informasiya savaşını udub-udmayacağımızın böyük bir qismi də vətəndaşın informativ və psixoloji hazırlığından asılı olan məsələdir. Bu həm də milli ideologiyamıza bağlı olan işdir. Bir sözlə əsgər hərb müstəvisində işini tamamlasa Dağlıq Qarabağı işğaldan azad etsə də hələ görüləcək xeyli iş var ki, dövlətimizin uzunömürllüyünü təmin edə bilək. Mikroskopla baxasalar da istəklərinə nail ola bilməsinlər.

Jalə MÜTƏLLİMOVA,

09.11.2020