Sorğu açıqlandı: ABŞ-da çöküşün etirafı!

Baxış sayı:
1960

“Pew” sosial tədqiqat mərkəzi tərəfindən aparılan sorğunun nəticələrinə görə, ABŞ əhalisinin əksəriyyəti ölkənin etibarsız bir istiqamətdə hərəkət etdiyini və beynəlxalq arenada zəifləyəcəyinə inanır.
 
“Pew”-in sorğusuna əsasən, Amerikalılar 30 ildən sonra ölkələrinin beynəlxalq arenada iqtisadi və siyasi cəhətdən zəifləyəcəyini düşünür. 56 faiz kəsim gedişata müsbət yanaşsa da, amma əksər respondentlər ABŞ-ın gələcəyindən narahatdır, iqtisadiyyatın zəifləyəcəyini, səhiyyə xidmətlərinin daha az əlverişli olacağını və ətraf mühitin pisləşəcəyini düşünürlər.
Respondentlərin 54 faizi iqtisadiyyatın pisləşəcəyini və 73 faizi zəngin və yoxsullar arasında gəlir tarazlığında bərabərsizliyin artacağını düşünür. Respondentlərin təxminən 50 faizi orta sinifin aşağı düşəcəyini, 44 faizi isə 2050-ci ildə orta sinif ailələrin həyat keyfiyyətinin bu gündən daha pis olacağını düşünür.
Digər tərəfdən, respondentlərin 60 faizi ABŞ-ın 30 ildən sonra dünyada əhəmiyyətinin azalacağını düşünür.
Müxalifət.az