​SON DƏQİQƏ: Xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi, Qarabağdakı ordu hücuma keçir...

Baxış sayı:
23689

Ermənistan hakimiyyəti ölkəni bürüyən xalq hərəkatını yatırmaq üçün ordunu küçələrə çıxarır.
Muxalifet.az Ermənistan mediasında istinadən xəbər verir ki, paytaxt yaxınlığında yerləşən ordunun xüsusi təyinatlı dəstələri hazır vəziyyətə gətirilib.
Müdaxilə olarsa, Ermənistandakı rus hərbiçilərindən də istifadə ediləcəyi deyilir.
Son məlumata görə, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirilmiş erməni hərbi birləşmlərinin bir hissəsi də dünən gecə İrəvana doğru yola çıxıb.
Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən 538-ci motoatıcı briqada və 18-ci motoatıcı diviziyanın bölmələri Kəlbəcər-Vardenis-Sevan-Yerevan və Cəbrayıl-Gorus-Vedi-Yerevan marşurutları üzrə Ermənistan istiqamətində hərəkət edir.
Ehtimallara görə, parlamentin dünən keçirilən iclasında Nikol Paşinyanın seçilməsinə mane olan hakim Respublika Partiyası hazırda Ermənistanı bürümüş etiraz aksiyalarını yatırmaq üçün gücə əl atacaq.