SON DƏQİQƏ: Türkiyədə növbəti güclü zəlzələ

Baxış sayı:
283

Aralıq dənizində zəlzələ olub.

Türkiyənin Fəthiyə-Rodos bölgələri arasında 5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Yerli vaxtla səhər saat 07:44-də qeydə alınan təbiət hadisəsi dəniz səviyyəsindən 6 km aşağıda baş verib.

Dalaman bələdiyyəsinin sədri Məhəmməd Qaraquş zəlzələnin həssaslıqla hiss edildiyini, lakin tələfat və dağıntı olmadığını açıqlayıb.

Bələdiyyə sədri məktəblərin bağlanmasına lüzum olmadığını bildirib.//publika