SON DƏQİQƏ: "Türkiyə Menbiçə girərsə, gözləmədən hücum edəcəyik" - ABŞ

Baxış sayı:
7687

Amerikalı əsgərlər, YPG terrorçularına "Menbiçə hücum edən olsa, qarşılıq verəcəyik, biz də hücum edəcəyik" deyərək təminat verib.
 
TSQ və ASO-nun Afrini terror təşkilatı PYD/YPG-dən almasından sonra Ankaranın növbəti hədəf kimi göstərdiyi Menbiçdə hərbi fəallıq artıb.
ABŞ-ın əsgər və silah daşıdığı Menbiçin sərhədlərində Amerika zirehli texnikaları patrul gəzintiləri aparır.
 
ABŞ HƏRBİ VARLIĞINI ARTIRDI
 
YPG-nin onurğasını təşkil etdiyi Demokratik Suriya Qüvvələrinə (DSG) bağlı Menbiç Hərbi Məclisinin baş komandanı Əbu Adil, Ankaranın Menbiçə qarşı "təhdidlərindən" sonra ABŞ-ın regionda hərbi varlığını artırdığını deyib.
 
AMERİKALI ƏSGƏRLƏR CAVAB VERƏCƏKLƏRİNİ DEYİB
 
“Menbiçi 2 il əvvəl ABŞ rəhbərliyindəki koalisiya güclərinin dəstəyi ilə IŞİD-dən almışdıq. Şəhəri qurtarmağımızdan bəri koalisiya qüvvələri Menbiçdə var” deyən Əbu Adil, belə davam edib:
“Türkiyədən “Menbiçə girəcəyik” açıqlamalarını ABŞ hərbi rəsmilərinə soruşduq. ABŞ-lı əsgərlər bizə dedi ki, kim Menbiçe təcavüz edirsə, etsin qarşılıq verəcəyik. Biz də hücum edəcəyik. Problem yoxdur dedilər”.
 
“BİZ MENBİÇİN UŞAQLARIYIQ, SONUNA QƏDƏR MÜQAVİMƏT GÖSTƏRƏCƏYİK”
“Türkiyənin açıqlamalarından sonra ABŞ əsgərləri Menbiç sərhədində 24 saat boyunca keşik çəkir” deyən Əbu Adil, Türkiyənin Menbiçə girməsi vəziyyətində sonuna qədər müqavimət göstərəcəklərini bildirib:
“Biz Menbiçin uşaqlarıyıq. Şəhərimizi sonuna qədər qoruyacağıq. Kim hücum edirsə, etsin sonuna qədər müqavimət göstərəcəyik. Türkiyənin Menbiçə yönəlik açıqlamalarını ciddiyə alırıq. Ona görə tədbirlərimizi görürük. Ehtimal olunan təcavüzə qarşı bütün hazırlıqlarımızı görmüşük”.
Müxalifət.az