​SON DƏQİQƏ: Tanınmış jurnalist həbs edildi - FOTO

Baxış sayı:
10150

Tovuz Rayon Məhkəməsi şair-yazıçı Murad Köhnəqalanı həbs edib.
Kult.az xəbər verir ki, bu barədə yazıçının həyat yoldaşı Şəlalə Göytürk məlumat yayıb. O bildirib ki, M.Köhnəqala keçmiş həyat yoldaşı və qızının alimment tələbini ödəmədiyi üçün həbs edilib.
“Yaşları 20-dən yuxarı, əqli və fiziki qabiliyyətləri olan 3 adam - Muradın keçmiş həyat yoldaşı və qızının tələbi ilə məhkəmə bu cür ədalətsizliyə qərar verib. Evsiz-eşiksiz, işsiz, əlində olan mülkiyyəti heç bir tərəddüdsüz keçmiş ailəsinə verən adamdan 12 min manat pul tələb edirlər. Tanıyanlar bilir, Murad son tikəsini belə balalarından saxlamaz. Bu nə vəhşilikdi belə?” – Ş.Göytürk bildirib.

Murad Köhnəqala həbs edildi