​SON DƏQİQƏ: Sumqayıtda polis DÖYÜLDÜ - Xəstəxanalıq oldu

Baxış sayı:
12400

Sumqayıtda polis əməkdaşı xidməti vəzifəsini yerinı yetirərkən xəsarət alıb.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gecə saatlarında şəhərin 34-cü məhəlləsində baş verib.
Belə ki, ərazidə xidmət aparan 1990-cı il təvəllüdlü  Xəlilov Əmrah Elşən oğlu küçədə 2 nəfərin mübahisə etdiyini görərək onları sakitləşdirməyə çalışıb.
Nəticədə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı tərəflərdən birinin hücumuna məruz qalıb.
Çənə nahiyəsindən zədə alan Ə. Xəlilov xəstəxanaya gətirilib və ona yardım göstərilib. O, müayinədən sonra ambulator müalicəyə buraxılıb. 
Faktla bağlı araşdırma aparılır.