SON DƏQİQƏ: Rusiya döyüş meydanında Türkiyəni VURDU - Dünya ŞOKDA

Baxış sayı:
25843

Karar (Türkiyə), 10.09.2018

Rusiya Astanada Türkiyə ilə birgə yaratdığı təhlükəsizlik zonalarını bu bölgələrdə “terrorçu qrupların iştirakı” bəhanəsilə dalbadal ləğv edib. Terrorçular da qanlı mühasirədən qaçan yüz minlərlə dinc sakinlə bərabər İdlibə göndərilib. Amma Putin eyni bəhanəni irəli sürüb 3,5 milyon dinc sakinin yaşadığı sonuncu deeskalasiya zonasına da zərbə endirməyə başlayıb.

Sentyabrın 7-də bütün diqqətlər Suriya vətəndaş savaşının düyün nöqtəsinə çevrilmiş İdlib böhranının həlli üçün Tehranda baş tutan üçtərəfli sammitə yönəlmişdi. Lakin prezident Ərdoğanın kritik önəmli görüşdə səsləndirdiyi təkidli “təcili barışıq” çağırışları cavabsız qalıb. Yalnız bütün tərəflərə atəşi dayandırmaq çağırışı ifadə olunub. Humanitar həyəcanın ifadəsilə təklif edilən qeyri-hərbi həlli bloklayan Rusiya aviazərbələr endirməyi ötən gün də davam etdirib. Kreml Astana masası arxasında Türkiyə və İranla birgə yaradılmış deeskalasiya zonasının zamini olmaqla bu bölgədəki terrorçu qrupları bəhanə gətirərək göstərilən cəhdləri heçə endirib. Müxalif ünsürlər aparılan bir sıra əməliyyatlar nəticəsində İdlibə cəmləşiblər. İndi Putin yekun mərhələsi üçün təyyarələri havaya qaldıraraq bu bölgəni də vurur. 3,5 milyon dinc sakinin yerləşdiyi şəhərdən qaçqın axını sel kimi axır. Yeni humanitar faicələrə yoç açılıb.

Biz Suriyada vətəndaş savaşına son qoymaq qəsdilə Türkiyənin 2017-də Rusiya və İranla birgə başlatdığı Astana prosesinin kritik mühüm dövründən keçirik. Bu savaş indiki anda artıq yeddi ildir davam edir və yüz minlərlə dinc adamın həyatını aparıb. Prezident Ərdoğanın və Rusiya lideri Putinin təklifilə qan töküləməsini dayandırmaq üçün Astana görüşündə yaradılması qət edilən təhlükəsizlik zonası layihəsi tədricən çöküb. 2017-ci ilin mayında yaradılmış 4 təhlükəsizlik zonasından dörd milyona yaxın adamın yaşadığı İdlib əyaləti qalıb. Rusiyanın addımbaaddım həyata keçirdiyi planın gerçəkləşdirilməsi 2017-ci il mayın 4-də başlanıb. O zaman Hamə, Hələb və Dəməşqin bəzi rayonları, habelə İdlib təhlükəsizlik zonası elan olunub – birinci mərhələdə qan axıdılmasını bu cür dayandırmaq planlaşdırılmışdı. Amma Rusiya bu plana heç vaxt əməl etməyib. Həmişə eyni səbəb üzündən – Rusiya əvvəlcə əl-Kuneytrada, sonra Suriyanın cənubunda Dəryada və nəhayət, Hamədə “terrorçu təşkilatların iştirakı” bəhanəsilə təhlükəsizlik zonalarına dalbadal hücum edib. Küncə qovulmuş həm müxalif və terrorçu təşkilatların üzvləri, həm də Əsəd rejimini qəbul etməyən yüz minlərlə dinc sakin üçün mühasirədən yeganə çıxış yolu kimi İdlib göstərilib.

Digər təhlükəsizlik zonalarındakı kimi İdlib səhnəsində də eyni ssenari təqdim olunub. Əvvəlcə hədəf qismində Rusiya və Suriya rejiminin bazalarına hücum edən təşkilatlar işarələnib, sonra isə bölgə mühasirəyə alınıb. Tehrandakı kritik önəmli sammitə 48 saat qalmış isə fəal hərəkətlərə start verilib. Rusiya aviasiyası və Əsəd artilleriyası bölgəyə qızğın atəş açmağa başlayıb. Bu hücumlar hətta liderlərin Tehranda görüş keçirdiyi saatlarda da davam edib. Rusiyanın bəhanə və tezisləri üç digər təhlükəsizlik zonası barəsində olduğu kimiydi. Hazırda Türkiyə sərhədi dörd milyon dinc sakin və 100 minə yaxın silahlı şəxs, o cümlədən bütün Suriyadan toplanan terrorçular üçün yeganə çıxış qapısıdır. Putinin 2017-dən bənd-bənd həyata keçirdiyi planın son bəndi kimi Rusiya və İranın dəstəyi ilə Dəməşq qüvvələrinin İdlibə hücum edəcəyi və milyonlarla adamın Türkiyə sərhədinə axışacağı ehtimalı isə böyük humanitar fəlakətdən xəbər verir.

Bu durumun ən aydın mənzərəsini tarixi Tehran sammitində prezident Ərdoğan təqdim edib. Ardıcıl şəkildə tətbiq edilən plandan danışan Ərdoğan qeyd edib: “Astana prosesi çərçivəsində həyata keçirilən ən önəmli addım təhlükəsizlik zonalarının yaradılması olub. Amma bu, zaman keçdikcə müxtəlif bəhanələrlə öz varlığına son qoyub. Bu gün təhlükəsizlik zonalarından təkcə İdlib qalıb. Burada olan müxalifət zonaların yaradılması ardınca baş verən hadisələr üzündən özünü aldadılmış hiss edir”.

Və bu sözlər durumun bütün ciddiliyini üzə çıxarıb.

Eyni qiyməti Tehran sammitindən 48 saat qabaq Ankaraya səfər edən Almaniya xarici işlər naziri Hayko Maasla birgə mətbuat konfransında xarici işlər naziri Mövlud Çavuşoğlu da səsləndirib. Çavuşoğlu vurğulayıb ki, Astanada dörd təhlükləsizlik zonası müəyyən olunub, amma bunlardan təkcə İdlib qalıb. “Rejimin İdlibə hücum etmək və ələ keçirmək istəyi göz qabağınadır, – o, qeyd edib. – Amma zamin ölkələr – Rusiya və İran var. Burada kimsə kimsəni yanlışlığa aparmamalıdır. Hamımız radikal qrupların buradan çıxmalı və ya ayrılmalı olduğu fikrində bir araya gəlirik. Amma bu hücumların hədəfi İdlibi ələ keçirməkdir. Bu, özündə ciddi təhlükə yaşadır. Bu, bütün baxımlardan fəlakət olacaq. Həm təhlükəsizlik, həm də humanitar yön baxımından. Bu radikal, terrorçu qrupları bura Türkiyə gətirməyib. Əgər bu qruplara qarşıyıqsa, onda niyə onları Hələbdən, Şərqi Qutadan, Xomsdan və hətta ölkənin cənubundan bura gətirmişik? Ya niyə dəhliz açdıq və onlara silahla birgə buraya gəlmək imkanı verdik? Plan ta başdan aydın idi: “Bu dəstələri bura göndərmək, sonra isə bu qrupların iştirakı bəhanəsilə bu torpaqları ələ keçirmək””.

Nazir bu qayda ilə işarə edib ki, lap əvvəldən Rusiyanın baş planı Türkiyəni bu bölgədə küncə qısnamaq idi…

Tərcümə Strateq.az-ındır.