​SON DƏQİQƏ: “Ermənistanla sərhədləri açarıq...” – TÜRKİYƏDƏN AÇIQLAMA

Baxış sayı:
6031

2009-cu ildə İrəvan-Ankara arasında imzalanan Sürix protokollarının ratifikasiyası ilə bağlı gecikmədə Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyanın Türkiyə tərəfini ittiham etməsi qəbuledilməzdir.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Bəyanatda bildirilib ki, Ermənistan tərəfi bununla beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir.
Eyni zamanda Türkiyə XİN-nin açıqlamasında Ermənistanın Konstitusiya Məhkəməsinin 2010-ci ildə bu protokolların ruhuna zidd qərar verdiyi və ardınca isə prezident Serj Sərkisyanın ratifikasiyasını təxirə saldığı vurğulanıb:
“Ermənistanın bu yöndə mənfi mövqeyinə baxmayaraq, protokollorın əslini Türkiyə hökuməti mühafizə edir. Ankaranın əsas hədəfi Türkiyə-Ermənistan əlaqələrini normallaşma prosesi və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllidir. Ermənistan tez bir zamanda Azərbaycan torpaqlarının işğalını dayandırmalıdır”