​SON DƏQİQƏ: Bakı metrosunda DƏHŞƏTLİ İNTİHAR - Özünü qatarın altına atdı

Baxış sayı:
8836

Bu gün Bakı metrosunda intihar hadisəsi qeydə alınıb.
Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
O, bildirib ki, insident 09:35 radələrində metronun “28 May” stansiyasında baş verib. İntihar hadisəsi ikinci yolda, yəni Həzi Aslanov istiqamətindən gələn yolda baş verib. Naməlum səbəbdən bir nəfər özünü relsin üstünə, qatarın altına atıb. Hazırda hadisənin təfərrüatları araşdırılır.
Əlavə məlumat veriləcək.