SON DƏQIQƏ: Azərbaycanda növbəti mikroavtobus QƏZASı - xəsarət alanlar var

Baxış sayı:
8535

Zaqatalada mikroavtobus qəzaya düşüb.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala-Əliabad marşrutu üzrə sərnişin daşıyan mikroavtobus rayon mərkəzi istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə xəsarət alan bir-neçə sərnişin Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerində araşdırma aparır.