SON DƏQİQƏ: Azərbaycan ordusu düşmənə AĞIR ZƏRBƏ ENDİRDİ

Baxış sayı:
25930

Son vaxtlar təmas xəttində fəallaşan düşmən bu gün böyük itki ilə üzləşib. Belə ki, təxribat törətmək üçün texnikalarını belə təmas xəttinə yaxınlaşdırmaq istəyən düşmən böyük itki ilə üzləşib. 
Hərbi mənbələrdən miq.az-a verilən məlumata görə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Ağdam istiqamətində qazıntı aparan düşmənin CAT markalı (300 000 dollar dəyərindətexnikasını vurub. Silahlı Qüvvələrimizin dəqiq atəşi ilə həmin texnika havaya uçurulub. Bu barədə düşmən ölkənin sosial şəbəkələrində də məlumat yayılıb. 
Düşmən tərəfinin verdiyi itki ilə bağlı bir azdan daha ətraflı məlumat veriləcək.
Xatırladaq ki, bir-iki gün öncə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə səfərlərini və Aprel döyüşlərinin nəticələri ilə bağlı səsləndirdiyi fikirləri xatırladan müdafiə naziri ordu qarşısında qoyulan son tapşırıqları iştirakçıların diqqətinə çatdırmışdı.
Zakir Həsənov müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlərə də tapşırığında bildirmişdi ki, düşmən güclü nəzarət altənda saxlanmalı və bütün hərəkətləri diqqətlə izlənməlidir.