SON DƏQİQƏ: "Ağ çiçəyim"dəki yanğın söndürüldü - FOTO/VİDEO

Baxış sayı:
2794

Fövqəladə Hallar Nazirliyi mağazadakı yanğınla bağlı məlumat yayıb. Publika.az-a daxil olan məlumata görə, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. *** 08:16 Bakının Nizami rayonu ərazisində, "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığındakı "Ağ çiçəyim" gül mağazasında yanğın başlayıb. Publika.az xəbər verir ki, yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub.