​SON DƏQİQƏ: ABŞ növbəti dəfə Türkiyəni vurmağa HAZIRLAŞIR

Baxış sayı:
7945

"Suriyada PKK terror təşkilatını 19 min yük avtomobili və 5 min yük təyyarəsi dolu silah-sursatla təmin edən ABŞ , İraqın şimalındakı Sincar vilayətini ikinci Qəndilə seçirməyi planlaşdırır.” 
Muxalifet.az xəbər verir ki, bu sözləri İraq Türkmən Cəbhəsinin sədri Mehmet Seman Ağaoğlu deyib. O, ABŞ-ın Türkiyə-İraq-Suriya üçbucağının ən strateji bölgələrindən biri olan Sincara yeni terrorçu qruplar göndərdiyini bildirib.
 “PKK-lı terrorçuları buraya ABŞ hərbi qüvvələri gətirdi. Amerikanın hədəfi Başika hərbi bazasında olan Türkiyə əsgərlərinin yolunu kəsməkdir. ABŞ həmçinin, Mosul yolunu da kəsməyi hədəfləyir”– Ağaoğlu belə deyib.
Sincarın strateji əhəmiyyətinə diqqət çəkən Ağaoğlu, ABŞ tərəfindən edilən həmlənin Türkiyənin Ovaköy addımına  qarşı olduğuna da işarə edib.
“Sincara hakim olan İraqın şimalına, Suriyada PKK işğalındakı regiona və Türkiyənin cənub-şərqinə hakim olur. Sincara hakim olan, İraq və Türkiyə arasında açılması istənilən Ovaköy sərhəd qapısına da hakim olur. Ovaköy yalnız ikinci bir sərhəd qapısı deyil. Bəlkə də gələcəkdə İraq hökuməti və Türkiyə arasında yeganə sərhəd qapısı olacaq.  Ovaköy açılsa ticarət asanlaşacaq. Razılıq əldə olunub, amma yeganə çətinlik hüquq-mühafizə istiqamətindədir. O da həll ediləndə xətt açılacaq” – Ağaoğlu belə deyib.