SON DƏQİQƏ: ​19-cu mikrorayonda partlayış: 12 nəfər yaralandı

Baxış sayı:
7747

Gürcüstanın Rustavi şəhərində baş vermiş partlayış nəticəsində 12 nəfər yaralanıb. Onlardan 5-i azyaşlıdır.
Muxalifet.az xəbər verir ki, oktyabrın 21-də Rustavi şəhəri 19-cu mikrorayon ünvanında qaynaq aparılan sexlərin birində ilkin məlumata görə, oksigen balonu partlayıb. Nəticədə 5-i uşaq olmaqla 12 nəfər yaralanıb, ətrafdakı binalara, ictimai-iaşə obyektlərinə xeyli ziyan dəyib. Yaralılar xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.