​Son ana qədər Britaniyanın birliyi tərk etməsi... - Yunker

Baxış sayı:
7888

Avropa İttifaqı son ana qədər Böyük Britaniyanın Aİ-dən anlaşma olmadan ayrılmasının qarşısını almağa çalışacaq. Böyük Britaniya parlamentinin aprelin 12-dən əvvəl bir qərar qəbul etməyəcəyi halda "Breksit" tarixinin qısa müddətə təxirə salınması mümkün olmayacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Avropa Parlamentinin Brüsseldə Brexit məsələsi ilə bağlı keçirilən iclasında deyib.
Yunker aprelin 12-də Britaniyanın Aİ-dən anlaşmasız olaraq ayrılacağı ehtimalının böyük olduğunu bildirib.