​Son 3 həftədə qripdən ölənlərin sayı 50 nəfərə çatdı

Baxış sayı:
4675

Çexiyada qeydə alınan qrip epidemiyası can almağa davam edir.
Muxalifət.az xəbər verir ki, son bir ay ərzində qripdən ölənlərin sayı 50 nəfəri keçib. Çexiya Dövlət Səhiyyə İnstitutunun yaydığı məlumata görə, xəstəxanalara müraciət edən xəstələrin vəziyyəti ağırdır.
Məlumatda o da qeyd olunub ki, qrip epidemiyası səbəbindən ölənlərin əksəriyyəti yaşlı və uşaqlardır. Beləki ölənlərdən 43 nəfərin 60-dan çox yaşı olub. Digərləri isə təxminən 25-59 yaş aralığında olan şəxslər.
Çexiya xəstəxanalarına yerləşdirilən xəstələrdən 200 nəfərin vəziyyəti ciddi olaraq qalıb. Qripdən zərərçəkmişlərin ümumi sayı isə hələ ki açıqlanmır.