​Somalidə qanlı terror aktı: 30 ölü, 17 yaralı

Baxış sayı:
1228

Somalinin paytaxtı Moqadişo şəhərində ard-arda dörd terror aktı törədilib.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, öncə terrorçu-kamikadzelər Moqadişodakı "Sahafi Hotel" mehmanxanasının qarşısında özünü partladıblar. 
Daha iki partlayış tibb işçiləri hadisə yerinə gələn zaman baş verib. Törədilən partlayışlar nəticəsində 30 nəfər ölüb, 17 nəfər yaralanıb. Partlayışlara görə məsuliyyəti "Əş-Şəbab" terror qruplaşması öz üzərinə götürüb.