​Soltanovski: AŞPA-nın bu addımı ikili standartın təzahürüdür

Baxış sayı:
7954

Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın tez-tez tənqid olunması ikili standartların təzahürüdür.
Muxalifet.az xəbər verir ki, bu fikri Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində bu ölkənin Avropa Şurası yanında daimi nümayəndəsi İvan Soltanovski söyləyib.
Ölkəsinin Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərindən danışan rusiyalı diplomat bildirib ki, Rusiyadan başqa bəzi digər dövlətlər də bu qurumda çətinliklərlə rastlaşırlar. “Bizdən başqa Azərbaycan və Türkiyə də tez-tez tənqid obyektinə çevrilir. Biz bunu ikili standartların təzahürü hesab edirik”, - deyə o əlavə edib.