​ŞOK: Ukrayna təyyarələri Donetskə HÜCUM ETDİ

Baxış sayı:
10393

Ukraynanın Donetsk şəhərinin mərkəzində üç partlayış baş verib.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Donetsk separatçılarının “Daxili İşlər Nazirliyi”ndən bildiriblər.
Qeyd edilir ki, şəhərin bu hissəsində “Donetsk Xalq Respublikası”nın başçısının iqamətgahı yerləşir.
Məlumata görə, iki partlayış mehmanxanadan bir neçə yüz metrlikdə olub. Burada ATƏT-in xüsusi monitorinq missiyasının nümayəndələri yaşayırlar. Üçüncü partlayış isə boş ərazidə baş verib. Heç kim zərər çəkməyib.
Separatçı qurumun nümayənsədi bildirib ki, Ukrayna pilotsuz təyyarələrinin hücumu partlayışların səbəbi olub.