ŞOK SSENARİ: PKK da İdlibə hücum edəcək və...

Baxış sayı:
5773

Müxaliflərin nəzarətindəki İdlibi 1,5 aydır mühasirədə saxlayan Əsəd rejimi, PKK-lı terroristlərin də içində yer aldığı 23 min nəfərlik "terror ordusu" qurub. PKK-lılar, Cəmiyyət Zəhra və Handarat xəttinə yerləşdirilib. Rejim hərəkətə keçəndə, PKK-lı terroristlər də bu xətdən İdlibdəki müxaliflərə hücum edəcək.
 
İdlibdə döyüşən Azad Suriya Ordusuna (ASO) bağlı qrupların sözçüsü Naci Əbu Hüzeyfə, dünən çox sayda uşağın ölümünə yol açan bombardmandan sonra təyyarələrin gecə boyu müşahidə, kəşfiyyat və təcavüz məqsədli uçuşlara davam etdiyini deyib. ASO sözçüsü Hüzeyfə, 4 fərqli nöqtədən hücum hazırlığı aparan Rejim qüvvələrinin 23 min nəfər olduğunu və bu rəqəmin 8 min 500-nü PKK, Mukaveme Suriya, (Acilciler) Liva İsgəndərin, Hərəkət El-Nüceba, Fatımiyyun, DHKP-C, Asaeb Ehlül Haqq və Rus Vaqner Briqadalarına mənsub döyüşçülərin təşkil etdiyini qeyd edib.
 
TÜRK ƏSGƏRİ TƏHDİD ALTINDA
 
İdlib mərkəzli hücum böhranını dəyərləndirən Hüzeyfə, regionda Türk Silahlı Qüvvələrinə aid müşahidə məntəqələrinin də təhdid altında olduğunu vurğulayıb. "Münbiç, Eyn əl-Arab, Eyn İsa və Rakkadan İdlib üçün PKK-lılar göndərilməyə davam edir. Türk müşahidə məntəqələri hazır vəziyyətdədirlər. Ehtimal olunan bir quru hücumunda, xüsusilə Morek bölgəsindəki Türk müşahidə nöqtəsinin PKK-lı və Mihrac Urala bağlı dəstələr tərəfindən hədəfə alınacağı haqda kəşfiyyat məlumatı aldıq" deyən Hüzeyfə, Rusiya və rejimin təcavüz üçün prioritetlərinin fərqli olduğuna diqqət çəkərək bu məlumatları verib:
 
TEHRANI GÖZLƏYİRİK
 
"Rusiya əvvəlcə Hmeymim Hərbi Bazasını təhlükəsizlik baxımından zəmanətə almaq adına Cisreş Şuğur bölgəsini və Dəməşq-Hələb, Hələb-Lazkiyə yolunu ələ keçirmək istəyir. Rejim isə Rusiya müdafiə sistemini istifadə edərək bütün müxalifləri əzmək və nüfuzunu möhkəmləndirmək istəyir. Əsəd-Rusiya-İran bloku İdlibdəki gücümüzün fərqində deyillər. Burada işləri elə də asan olmayacaq. Ancaq biz Türkiyə ilə koordinasiya halında hərəkət edirik və hər hansı bir hücum cəhdi göstərmədən Tehran sammitinin nəticələrini gözləməyi üstün tuturuq".

Müxalifət.az