ŞOK: Rusiya və Çin dünyanı bu yolla ALDADIR – AÇIQLAMA

Baxış sayı:
6265

Bir neçə ölkə daxili siyasətdə xal qazanmaq və ABŞ-la münasibətlərinin pis olduğunu önə çəkərək qarşılıqlı ticarətdə dollardan imtina haqqında tez-tez siyasi bəyanatlar verirlər. Amma bu bəyanatların altını real işlə doldura bilmirlər. Muxalifet.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Rusiya və Çinin qarşılıqlı ticarətdə dollardan imtina haqqında bəyanatlarına münasibət bildirərkən qeyd edib. O bildirib ki, belə bəyanatlar dəfələrlə səslənsə də bu günə qədər heç bir nəticə verməyib: “2015-ci ildə Rusiya və Çin qarşılıqlı ticarətdə dollardan imtina ilə bağlı qərar verdi. Bu yaxınlarda Moskvada Putin və Si Szinpin yenə dollardan imtina ilə bağlı danışıblar. 2018-ci ilin rəqəmlərinə baxsaq görərik ki, Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 114 milyard dollar olub, Rusiya Çinə 60 milyard, Çin isə Rusiyaya 54 milyard dollarlıq mal satıb. 2017-ci ildə isə qarşılıqlı ticarətdə dolların payı 70,9 milyard dollar olub. 2018-ci ildə bu rəqəm 86,5 milyard dollar olub. Həmçinin 2017-ci ildə avro ilə qarşılıqlı ödənişlər 4,1 milyard dollar ekvivalentində idisə, 2018-ci ildə bu göstərici 8,3 milyard dollara bərabər olub. Göründüyü kimi hər il qarşılıqlı ödənişlərdə dolların da, avronun da həcmi artır, amma hər iki ölkə, guya, dollardan imtina etmək yolunu tutub populist bəyanatlar verirlər. Rusiyanın Çinə satdığı malların 93%-ə yaxını xammaldır (neft, qaz, neft məhsulları və meşə materialları). Bu müqavilələr də dollarla bağlanır. Çin isə Rusiyaya qaloşdan tutmuş maşına qədər hər növ hazır məhsul satır. Moskvaya on minlərlə çinli iş adamı mal satır, Çinə isə barmaqla sayılacaq sayda rus şirkəti mal satır. Buna görə də Putin istəsə belə xammalı, şirkət sahibləri malını yuanla satmaz, həmçinin Si Szinpin də tələb etsə belə çinli iş adamı malını rubl ilə verməz. Deməli, "dollardan imtina" siyasətdə iqtisadi populizmdən başqa bir şey deyil”. Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Szinpin ticarətdə milli valyutadan istifadəni daha da genişləndirmək məqsədi ilə müqavilə imzalayıblar.