ŞOK: rus oliqarxlar 16 milyard itirdi

Baxış sayı:
2542

Rusiyanın 50 ən zəngin insanının ümumi sərvəti bir gün ərzində 11.7 milyard dollar azalıb.
Muxalifət.az xəbər verir ki, bu barədə “Forbes”in göstəricilərində qeyd olunub. “Forbes”in siyasına düşən milyarderlərin kapitalı Rusiya fond bazarının – Moskva birjasının indeksinin 9 faiz, RTS indeksinin isə demək olar ki 11 faiz azalması fonunda aşağı düşüb.
İtkilərə görə siyahının lideri Oleq Deripaska olub. RUSAL və “En+ Group” şirkətlərinin kağızlarının dəyərinin kəskin azalması fonunda milyarder demək olar ki, sərvətinin dörddə bir hissəsini – 1.3 milyard dollar itirib. Deripaskanın “Forbes”in 2018-ci il milyarderlər siyahısında 6.7 milyard dollar göstərilən sərvəti hazırkı göstəricilərə əsasən 4 milyard dollar olaraq qiymətləndirilir.
Bir o qədər məbləği həmçinin şirkətinin səhmlərinin dəyəri aprelin 9-da 15 faiz aşağı düşən, ancaq Deripaskadan fərqli olaraq, ABŞ Maliyyə Nazirliyinin Rusiyanın çirkin əməllərinə xidmət edən “oliqarx”lar siyahısına hələlik daxil edilməyən Vladimir Potanin itirib.
Günün itki liderləri siyahısında 3 və 4-cü yerləri Viktor Vekselberq (908 milyon) və Süleyman Kərimov (813 milyon) tutub. Onların hər ikisi ABŞ Maliyyə Nazirliyinin aprelin 6-da dərc etdiyi sanksiya siyahısına əlavədə adları yer alan milyarderlərdir.
Sənəddə adları yer alan daha 2 fiqur isə nəzərə çarpacaq dərəcədə az itkiyə məruz qalıblar. “Forbes”in hesablamalarına görə, Andrey Skoç 106 milyon dollar, Vladimir Boqdanov isə 47 milyon dollar kasıblayıb. İqor Rotenberq və Kirill Şamalovun kapitalında isə dəyişiklik qeydə alınmayıb.
9 apreldə fond bazarının çökməsi nəticəsində həmçinin Leonid Mixelson (755 milyon), Gennadi Timçenko (716 milyon), Vladimir Lisin (578 milyon), Roman Abramoviç (534 milyon), Vahid Ələkbərov (519 milyon) və Aleksey Mordaşov (489 milyon) zərər görüb.

***

ABŞ-ın rus iş adamları və şirkətlərə qarşı tətbiq etdiyi sanksiyalardan sonra rusiyalı oliqarxların itirdiyi məbləğ 16 milyarda çatıb.
"Blumberq"in gündəlik yenilənən reytinqində adları yer alan 27 rusiyalıdan 26-sının sərvətində itki qeydə alınıb. “Nornikel”in Baş direktoru Vladimir Potaninin sərvəti 2.25 milyard dollar azalıb. “Lukoyl”un sədri Vahid Ələkbərovun sərvəti 1.37 milyard, Viktor Vekselberqin sərvəti isə 1.28 milyard dollar zərər görüb. Oleq Deripaska isə sanksiyalardan 905 milyon dollar pul itirib.
"Rusal"ın aksiyaları hazırda Honkonq birjasında ucuzlaşmaqda davam edir. Bu dəqiqələrdə "Rusal" səhmləri daha 4,8 faiz dəyər itirərək, 2,06 Honkonq dollarına düşüb.