​ŞOK: Müğənni səhnədə uşağı təpiklədi və ağzına tüpürdü - VİDEO

Baxış sayı:
9457

Tanınmış qazaxıstanlı müğənni Toreqali Toreali konsert zamanı səhnəyə çıxan uşağın ağzına tüpürüb.
Muxalifet.az Oxu.Az-a istinaden xəbər verir ki, uşaq çevrilib səhnəni tərk edərkən müğənni ona arxadan təpik də vurub.
Müğənninin bu hərəkəti sosial şəbəkələrdə birmənalı qarşılanmasa da, Toreqali etdiyini köhnə adətlə əlaqələndirib.

“Kəndimizdə həmişə belə ediblər. Özümə bir daha belə etməyəcəyimi söz versəm də, yenə bunu edirəm”, - deyə o vurğulayıb.

Qədim qazaxlar düşünürdülər ki, əgər istedadlı adamın tüpürcəyi uşağın üstünə düşsə, ona həmin adamın istedadının bir hissəsi keçəcək.