ŞOK: Millət vəkili polisin ƏLİNİ DİŞLƏDİ - VİDEO

Baxış sayı:
4831

Millətvəkillərinin Vanda icazəsiz mitinq keçirmək niyyətlərinin qarşısı alınıb.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, HDP millətvəkilləri Muazzez Orhan, Murat Sarısaç, Saliha Aydeniz və Sait Dede HDP-nin Hakkari Millətvəkili Leyla Güvenə dəstək məqsədiylə mitinq keçirmək istəyiblər. Bu zaman onların qarşısını polis əməkdaşları kəsib.
Bildirilir ki, HDP Millətvəkili Saliha Aydeniz əlindəki plakatı almağa çalışan qadın polis məmurunun qolunu dişləyib. Həmin polis məmuru xəstəxanaya aparılıb. Xəstəxanadan ona 10 gün iş görə bilməz deyilib. 
Mitinq keçirmələrinə icazə verilməyən millət vəkilləri avtomobillərinə minərək həmin ərazidən uzaqlaşıblar.