Şok iddia: “İŞİD lideri Bağdadi ABŞ himayəsində gəzir”

Baxış sayı:
8287

 İraqlı millət vəkili Həsən Səlim İŞİD lideri Əbu Bəkr el-Bağdadinin ABŞ əsgərlərinin qoruması altında Anbar çölündə istədiyi kimi hərəkət etdiyini irəli sürüb.
 
“El-Nashra”-nın xəbər verdiyinə görə, İraq parlamentində Şiə El-Sadikun blokunun millət vəkili olan Həsən Səlim, "İŞİD lideri Əl-Bağdadi Anbar vilayətindəki çölün qərbində Amerikan əsgərlərin qoruması altındadır. Əl-Bağdadi Amerikalıların qoruması altında İraq və Suriya arasında gedib gəlir" deyib.
ABŞ-ın İraqdakı Eyn əl-Əsəd bazasından İŞİD liderinə dəstək təmin etdiyini iddia edən millət vəkilinin qənaətinə görə, ABŞ ordusu "İraqdan əcnəbi əsgərlərin çıxarılması ilə bağlı layihənin qəbul ediləcəyi qorxusu üzündən" El-Bağdadiyə dəstək verir.
İraqlı ekspert Haukar el-Caf “Baghdad Today”-ə açıqlamasında, hazırda El-Bağdadinin Sarsıdar gölü və doğulduğu Samarra şəhəri arasında bir yerdə saxlandığını irəli sürmüşdü. Ekspert İŞİD liderinin İraqda təhlükəsizlikdə olması üçün yerli tayfalarla əlaqələrindən istifadə etdiyini iddia etmişdi.
ABŞ əsgərlərinin İraq ərazilərindən çıxarılmasını nəzərdə tutan layihənin mart ayında səsverməyə təqdim edilməsi gözlənilir.
Müxalifət.az