​ŞOK İDDİA: DAĞISTANDA İKİ AZƏRBAYCANLI ÖLDÜRÜLÜB, XEYLİ SAYDA YARALI VAR – Rəsmi Bakı isə hələ susur...

Baxış sayı:
3589

Xəbər verildiyi kimi, dünən axşam saatlarında Rusiya-Azərbaycan sərhədində silahlı insident baş verib.
Muxalifet.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata əsasən, Rusiya hərbçiləri iki aya yaxındır Dağıstan-Azərbaycan sərhədində yığışıb, öz vətənlərinə keçmək istəyən azərbaycanlılara qarşı zor tətbiq edib. Hətta onlar arasında güllələnlərin olduğu bildirilir.
Bəzi informasiyalara görə, rus hərbçilərin açdığı atəş nəticəsində iki azərbaycanlı öldürülüb, 10-a yaxın yaralı var.
Xatırladaq ki, iki aya yaxındır Azərbaycana keçmək istəyən azərbaycanlıların sərhəddə qarşısı alınıb. Koronavirus səbəbindən onların ölkəyə axını məqsədəuyğun hesab olunmayıb.
Dağıstanda baş verən silahlı insidentlə bağlı rəsmi Bakı hələlik heç bir açıqlama verməyib.


Muxalifet.az
P.S. Mövzunu diqqətdə saxlayacağıq.