Şok İddia: ABŞ, Ərəb NATO-su yaradacaq

Baxış sayı:
1357

Rusiyanın “RBK” qəzeti, ABŞ-ın Ərəb ölkələrinə, İrana qarşı hərbi ittifaq qurmaları üçün çağırış etdiyini bildirib.
 
Birgə Geniş Fəaliyyət Planı (JCPOA) kimi də tanınan, İran və P5+1 ölkələri arasında imzalanan nüvə müqaviləsindən çıxandan sonra sanksiyaları yenidən tətbiq edən Vaşinqton, bu dəfə Ərəb ölkələrini İrana qarşı birləşdirməyi planlaşdırır.
“RBK”-nın xəbərinə görə, ABŞ, İrana qarşı istifadə ediləcək bir Ərəb NATO-sunun qurulmasına təşəbbüs göstərir.
Vaşinqton, ittifaq içində Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Şurasının 6 üzvü, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Qətər, Oman, Bəhreynlə yanaşı, Misir və İordaniyanın yer almasını da nəzərdə tutur.
 Qısa adı MESA olan Yaxın Şərq Strateji İttifaqı (Middle East Strategic Alliance) layihəsinin hədəflərinin 12-13 oktyabr tarixlərində Vaşinqtonda keçiriləcək Körfəz ölkələri zirvəsində açıqlanacağı bildirilir.
 
İTTİFAQIN MÜMKÜN ÜZVLƏRİ RUSİYA İLƏ HƏRBİ ƏMƏKDAŞLIQ EDİR
 
Ancaq ABŞ, ittifaqda yer alması mümkün ölkələr arasındakı münaqişələr səbəbilə və bu ölkələrin Rusiya ilə hərbi-siyasi əməkdaşlıqdan imtina etməyəcəyi üçün bu məqsədinə çatmaya bilər.
Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Anton Mardasov, "ABŞ, İran əleyhdarı bir cəbhə yaratmağa çalışır. Bu, yeni bir fikir deyil və Ərəb ölkələri arasındakı münaqişə səbəbindən hər dəfə uğursuz oldu" deyib.
Mardasov, Səudiyyə Ərəbistanının 2017-nin iyununda BƏƏ, Bəhreyn, Misir və Liviya ilə birlikdə hərəkət edərək terrora dəstək verməkdə günahlandırdıqları Qatarla ticarət və diplomatik əlaqələrini dayandırdığını da xatırladıb.
 
ƏRƏB ÖLKƏLƏRİ RUS SİLAHLARINDAN Əl ÇƏKMƏZ
 
Rusiya Beynəlxalq Münasibətlər Şurasının digər bir mütəxəssisi Yuriy Piştaxtamın da, MESA-da yer alması nəzərdə tutulan bəzi ölkələrin Rusiya ilə hərbi əməkdaşlıq etdiyini vurğulayıb.
Səudiyyə Ərəbistanı, Qətər və Misirin Rusiya ilə S-400 danışıqları apardığını qeyd edən Piştaxtamın, "Əgər ABŞ, tamamilə ABŞ silahlarına söykənən bir ittifaq qurmağı düşünürsə, bu fikir müvəffəqiyyətsiz olmağa məhkumdur. Çünki Yaxın Şərq şərtlərində Rus silahları ABŞ silahlarından öndədir və bu ölkələr Rus silahlarından əl çəkməz" deyib.
Müxalifət.az