ŞOK: Hər üç şagirddən biri “bullinq” qurbanıdır

Baxış sayı:
14647

“Bullinq” ifadəsi Azərbaycanda Elina Hacıyevanın intiharından sonra işlənməyə başlayıb. Bu bəla Rusiyada da ciddi problem sayılırmış.

Bu ifadə məktəblərdə şagirdlərin öz tay-tuşları və bəzən müəllimlər tərəfindən ələ salınması, təhqir olunması və s. aşağılayıcı davranış nümunələrini nəzərdə tutur.

Muxalifet.az bizimyol.info-ya istinadən xəbər verir ki, qonşu ölkədə hər üç uşaqdan biri bullinqin qurbanıdır. Bu haqda Rusiyanın uşaq haqları üzrə səlahiyyətli nümayəndəsi Anna Kuznetsova məlumat verib: “Hər onuncu valideyn uşağının problemindən xəbərdardır. Xəbərsiz olanlar isə lap çoxdur”.

Kuznetsova deyir ki, məsələyə çox ciddi yanaşmaq lazımdır: “Statistika da göstərir ki, valideynlər uşaqların problemlərini tam anlamırlar”.

Rusiyada bullinqə görə intihar hadisəsi də az olmur. “Obrazovatelnaya politika” jurnalının yazdığına görə, Rusiya da daxil olmaqla dünyanın 27 ölkəsində bullinq ciddi fəsadlar yaradır.