ŞOK: Deputatın evinə basqın: Arvadını döyüb, 500 min oğurladılar

Baxış sayı:
12166

Rusiya Voronej Vilayət Dumasının deputatının evinə silahlı basqın olub.
Muxalifet.az region prokurorluğuna istinadən xəbər verir ki, evə qanunsuz daxil olan 5 naməlum şəxs deputatın həyat yoldaşını, oğlunu döyüb və 500 min rubl oğurlayaraq oradan uzaqlaşıb.
Deputatın evinə basqın yerli vaxtla 00:30 radələrinə baş verib.
Məlumata görə, oğrulardan birinin əlində “Makarov” tipli tapança olub.
Sözügedən məbləğlə yanaşı, evdən qiymətli zinət əşyalarının da oğurlandığı deyilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, adı açıqlanmayan deputatın eyni zamanda “Eko NivaAqro”nun icraçı direktoru olduğu deyilir.