ŞOK CAVAB: “Yunis Səfərovun anasına erməni demək ən böyük şərəfsizlikdir…”

Baxış sayı:
26932

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyev gununsesi.info-ya eksklüziv açıqlamasında qardaşını güllələyən Yunis Səfərovun erməni olduğunu iddia edib. O, eyni zamanda Y.Səfərovu müdafiə edən sosial şəbəkə istifadəçiləri və jurnalistlərin ünvanın da kəskin ittihamlar irəlis ürüb: “Bəzi "ermənilər” bunu başqa cür qiymətləndirib, cinayətkarı qəhrəman elədilər”.
İcra başçısının qardaşının bu açıqlamasından sonra sosial şəbəklərdə bəzi şəxslər də Yunis Səfərovun anasının erməni olduğu haqda informasiyalar yaymağa başladılar. Ancaq “Azərbaycan - Türkiyə Evi”nin icraçı direktoru Toğrul Allahverdili özünün Facebook profilində təkzib xarakterli status paylaşıb: “Gəncədəki hadisələrə fikir bildirmək istəmirdim. Lakin bəzi dostlar məni buna məcbur etdilər. Çoxları yazır ki, cinayətkarın anası ermənidir. Ayıbdır, dostlar. Yunusun anası Leyla xanım Moskvada yeganə Azərbaycan məktəbi olan Kərim Kərimov adına 157 nömrəli məktəbin kitabxanaçısı işləyirdi. Dəfələrlə tədbirlərdə rastlaşmışıq. Tər-təmiz azərbaycanlı, abırlı-ismətli bir xanımdır. Oğlu cinayət edibsə, bu, onun günahı deyil.
Cinayətə haqq qazandırmıram, Azərbaycan hüquqi dövlətdir, cinayətkar da cəzasını alacaq. Zənnimcə, icra başçısına qarşı sui-qəsd dövlətimizə qarşı təxribatdır. Lakin onun anasına erməni demək də ən böyük şərəfsizlikdir. Leyla xanıma erməni demək olmaz, o xanımı mən tanıyıram, ziyalı bir qadındır. Hər zaman Azərbaycan adını yüksək tutan biri olub. Ayıbdır, dostlar, ayıb. Heç bir ana istəməz ki, oğlu cinayətkar olsun”.

Yunis Səfərov

Muxalifet.az