Soçi Zirvəsində nələr gözlənilir?

Baxış sayı:
8740

Sabah Astana prosesinin təminatçı ölkələri olan Türkiyə, Rusiya və İranın liderləri Suriya mövzusunda dördüncü dəfə Rusiyanın Soçi şəhərində bir araya gələcək.
 
 Üç ölkənin texniki heyətlərinin də iştirak edəcəyi sammitdə, İdlibdəki vəziyyət, ABŞ-ın Suriyadan çəkilmə prosesi və konstitusiya komitəsinin qurulması məsələsi müzakirə olunacaq.
Rusiya prezidenti Vladimir Putin üçlü zirvə çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ayrı bir görüş də keçirəcək. Rus liderin İran prezidenti Həsən Ruhani ilə də ikitərəfli görüşü olacaq.
Sammitdə üç təminatçı ölkə liderinin Suriyanın ərazi bütövlüyü, terror və separatçı gündəliklərə qarşı birgə mübarizə və Astana formatında yaradılan iş birliyini davam etdirmə mesajı verməsi də gözlənilir.
Müxalifət.az