​SOCAR-ın vitse-prezidenti Qarabağ veteranını İŞDƏN ÇIXARDI

Baxış sayı:
10666

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Yaşar Lətifov Kompleks Qazma İşləri Trestinin baş mühəndisi, Qarabağ müharibə veteranı Fazil Ramazanovu işdən azad edib.
Məlumata görə, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun sədrliyi ilə Kompleks Qazma İşləri Trestində müşavirə keçirilib. İclasda tərəflər arasında mübahisə düşüb və bundan sonra Yaşar Lətifov baş mühəndisi vəzifəsindən azad edib. 
Vitse-prezident baş mühəndis vəzifəsinə isə öz yaxın tanışı olan Racu Vəliyevi gətirib./Unikal