​SOCAR Türkiyəyə yatırdığı investisiyanın həcmini açıqladı

Baxış sayı:
6169

SOCAR indiyədək Türkiyəyə 14,2 milyard dollar investisiya yatırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) xarici əlaqələr üzrə departamentinin rəhbəri Murat LeCompte deyib.
“10 ildə Türkiyəyə 14,2 milyard dollar investisiya yatırmışıq”, - deyə M.LeCompte bildirib.
Onun sözlərinə görə, 2020-ci ilə qədər şirkətin satınalma və birləşmə kimi planı yoxdur: “Hazırkı dövr üçün prioritetimiz neftayırma və neft-kimyadır”.
Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. SOCAR 2020-ci ilədək Türkiyəyə 19,5 milyard dollar investisiya yatıraraq bu ölkənin ən böyük xarici investoru olmağı hədəfləyir. Bundan başqa, STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmaq niyyətindədir.