​Şəmkirdə başından güllələnən "nadzor" kimdir? - FOTOLAR

Baxış sayı:
6262

Şəmkirdə güllələnmə olub.
Rayonun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib. Onu öldürən şəxsin kimliyi hələ ki, məlum deyil.Məlumata görə K. Məmmədli Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyir. Ailəsindən boşanan Məmmədli evdə tək yaşayırmış.Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
İlkin araşdırmalar zamanı məlum olub ki, dəhşətli cinayət vaxtı Kəramət Məmmədov evdə tək olub. Yaxınları onun silahının olmadığını və intihar ehtimalını inkar ediblər.
Hadisədən ilk olaraq Kəramət Məmmədovun kənd məktəbinin direKtor müavini işləyən anası xəbər tutub. Dünən işdən evə gələn qadın otağa daxil olarkən qan gölməçəsini görüb. Oğlunun güllələnərək öldürüldüyünü bilən qadın sarsıntı keçirib və yaxınlarına məlumat verib.
Hadisə vaxtı Şəmkirdəki aqroparkın sədr müavini olan Kəramət Məmmədovun atası Şükür Məmmədov da işdə olub. Qətlə yetirilən oğlanın dayısı qızı isə kənd bələdiyyəsinin sədridir.
Hazırda faktla bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Qətlin kim tərəfindən törədilməsinin müəyyənləşdirilməsi, qatilin tututlması istiqamətində iş aparılır.?oxu24.com