​Skripalın qızı ilə bağlı YENİ MƏLUMAT

Baxış sayı:
2704

Solsberidə zəhərlənən Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın qızı Yuliya Skripal xəstəxanadan evə buraxılıb.
Muxalifət.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.
Qeyd edək ki, martın əvvəlində Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. Britaniya Sergey Skripal və qızının zəhərlənməsi olayında Rusiyanı ittiham edib.