“Skripalı şəxsən Putin zəhərləyib” – NAZİRDƏN ŞOK AÇIQLAMA

Baxış sayı:
4792

Sabiq rus casusu Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsinin əmrini Rusiya Prezidenti Vladimir Putin verib.
Bu sözləri İsveçrənin sabiq xarici işlər naziri Karl Bildt deyib.
O bildirib ki, bununla Rusiya Qərbə meydan oxuduğunu bir daha bəyan etdi:
“Bu hadisə Rusiya və Böyük Britaniya arasında böhrana səbəb oldu. Məsələyə daha 24 ölkə qatıldı və Rusiyaya qarşı tədbirlərlə bağlı qərar qəbul etdi. Bu, Rusiyadan beynəlxalq kodekslərə daha bir çağırışdır. Buna görə biz hərəkətə keçməliyik”.
Sabiq nazirin sözlərinə görə, Rusiyanın bu hücumla bağlı məsuliyyət daşıması barədə heç bir şübhə yoxdur:
“2006-cı ildə KQB-nin sabiq polkovniki Aleksandr Litvinenkonun Londonda öldürülməsinə diqqət yetirək. Biz araşdırmalar zamanı əmin olduq ki, Rusiya bu tipli silahlara malikdir və onları ictimaiyyətdən gizlədir. Skripala edilən hücum da eyni xarakterlidir.

“Skripalı şəxsən Putin zəhərləyib”
 
Bildtin fikrincə, Skripalın ölümünə lisenziyanı şəxsən Putin verib:
“Bundan sonra Rusiya Federal Təhlükəsizlik Bürosu hərəkətə keçib. Litvinenko işində də hadisələr belə cərəyan edib”.
İsveçli nazir bildirib ki, soyuq müharibənin başlanması ilə bağlı səsləndirilən fikirlər reallığı əks etdirmir:
“Soyuq müharibə Sovet İttifaqı ilə olub. Hazırda əsas məsələ Rusiyanın yaratdığı problemlərin qarşısını almaqdır. Bununla bağlı kifayət qədər tədbirlər həyata keçirilir. Ancaq məsələni tam həll etmək mümkün olmayıb”.
 
Nə baş vermişdi?
 
Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.
Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.
Martın 26-sı isə ABŞ və bir sıra Avropa Birliyi ölkələri Londona dəstək məqsədi ilə rus diplomatların ölkədən çıxarılmasına qərar verib. Beləliklə, Rusiyaya qayıdacaq diplomatların ümumi sayı 151-ə çatıb./Teleqraf/