​Əskişəhərdəki elementdən alınan enerji Türkiyəyə min il bəs edər! - AZƏRBAYCANLI NÜVƏ ALİMİ AÇIQLADI

Baxış sayı:
4789

Muxalifət.az xəbər verir ki, nüvə energetikasının gələcəkdəki yanacağının urana alternativ radioaktiv element olan toriumun ola biləcəyi aşkara çıxdıqdan sonra hamının nəzərləri Türkiyəyə yönəlib. Çünki Türkiyə torium ehtiyatına görə dünyada ikinci yerdədir.
Türkiyə Atom Enerjisi Təşkilatının, Avropa Nüvə Araşdırma Mərkəzinin elmi komitəsinin üzvü, professor, soydaşımız Saleh Sultansoy Türkiyənin “Hürriyət” qəzetinə müsahibəsində deyib: “İndiki elmi məlumatlara görə, Türkiyə torium ehtiyatları baxımından dünyada ikinci yerdədir. Əslində birinci yerdə də demək olar. Çünki Əskişəhərdəki ehtiyatlar bəlli olduğundan daha çoxdur. Əskişəhərdəki ehtiyatlar Türkiyənin elektrik enerjisinə olan ehtiyacını min il boyunca ödəyə bilər”.