Şəkil çəkdirmək terrorçulara DÜŞMƏDİ: HAMISI ÖLDÜRÜLDÜ

Baxış sayı:
5158

TSQ, Afrində terror təşkilatına ağır zərbələr vurmağa davam edir. Afrində fotoşəkil çəkdirib, öz mətbuat orqanlarına göndərən terrorçuların hamısı qısa müddətdə öldürülüb
 
Türk Silahlı Qüvvələri (TSQ), Afrin bölgəsindəki terrorçuları təmizləməyə davam edir. Terrorçulara ağır itkilər verən Türk əsgəri, şəhid yoldaşlarının qanını da yerdə qoymur. PKK/YPG-li terrorçular isə tərəfdarlarına və Avropaya şirin görünmək üçün hər yola əl atır. Ötən il 28 fevralda Afrinin Şiyə bölgəsindəki Angela kəndində bir araya gələn 2-si qadın 5 PKK/ YPG-li terrorçu, fotoşəkil çəkdirib, təbliğat üçün öz mətbuat orqanlarına göndərib. “Zeytun Budağı” Hərəkatıyla bağlı hər cür məlumatı dəyərləndirən xüsusi xidmət orqanları, fotodakı terrorçular Viya Soran, Diran Səma, Hamidi Heseke, Serhat Səlim və Zagroz Rimanın bu şəkli çəkdirdikdən qısa müddət sonra öldürüldüyünü müəyyən edib.
 
QANLARI YERDƏ QALMADI
 
Racu mahalındakı Keltepede 1 mart günü dumanlı və yağışlı havanı fürsət bilən terrorçuların, gizləndikləri tunellərdən sızaraq şəhid etdiyi 9 əsgərin qanları da yerdə qalmayıb. Öldürülən 100-ə qədər terrorçudan biri olan Mezlum Ziravik kod adlı Mehmud Şexoyu təşkilat tərəfdarları dəfn edərkən, həmin toqquşmada ağır yaralanan qardaşı Reber Kobane kod adlı terrorçunun da öldüyü xəbəri gəlib.
Müxalifət.az