Şəkidə xəsarət alan turistlərdən biri dünyasını dəyişdi - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
8843

Şəkidə baş verən məlum bədbəxt hadisə zamanı ağır xəsarət alan Xatirə Ağamalıyeva, həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib. Faktı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər. Ona sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok diaqnozu qoyulmuşdu. Xatırladaq ki, iyulun 14-də Şəki Xan Sarayı abidəsinin ərazisində iri gövdəli ağacın budaqlarının qırılaraq insanların üzərinə düşməsi nəticəsində 19 nəfər yaralanmışdı. Xəsarət alanlar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdilər. Sonradan onlardan 13 nəfərə ilkin tibbi yardım göstərilərək evə buraxılmış, digər 2 nəfər Şəki Mərkəzi Xəstəxanasına, 4 nəfər isə Bakı Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi. Onu da qeyd edək ki, məsələ Azərbaycan Prezidentinin şəxsi nəzarəti altına götürülüb./virtualaz.org