Şəkidə GÜCLÜ PARTLAYIŞ - Xəsarət alan var

Baxış sayı:
3778

Şəki rayonunda çörək sexində partlayış baş verib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb. Onun vəziyyəti orta ağırdır:
"Kürək və hər iki qolun yanığı diaqnozu ilə Şəki MRX-ya çatdırılan qadının bədənindəki yanıqlar 2 və 3-cü dərəcəlidir. Ona lazımi tibbi yardım göstərilib, müalicəsi davam edir".