Şəkidə 33 yaşlı qadın ÖZÜNÜ ASDI

Şəkidə 33 yaşlı qadın intihar edib.
 
Dünən günorta saatlarında rayonun Baş Göynük kənd sakini, 1984-cü il təvəllüdlü Aynurə Dursunəli qızı Abdürəhmanovanın meyiti asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.
A.Abdurəhmanovanın intihar etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.