Şəkidə 28 yaşlı gənc göldə batıb

Vüsal Məmmədov kənd ərazisində göldə çimərkən boğulub
 
Şəkidə 28 yaşlı gənc göldə batıb.
Hadisə axşam saatlarında rayonun Fazıl kəndində baş verib.
Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Vüsal Mehman oğlu Məmmədov kənd ərazisində göldə çimərkən boğulub. Onun cəsədi sudan çıxarılıb.
Qeyd edək ki, V. Məmmədov Fazıl kəndinə qonaq gəlib.
Faktla bağlı araşdırma aparılır.