​“Siz istəyirsiz ki, Rusiyanın da Saakaşvilisi olsun?” — Putin Saakaşvilini bu qadına bənzətdi

Baxış sayı:
4657

“2018-ci ildə Rusiya prezidentliyinə namizədliyini irəli sürmək istəyən tanınmış teleaparıcı Kseniya Sobçak Mixeil Saakaşviliyə bənzəyir”.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, mütəmadi olaraq sosial şəbəkələrdən istifadə edən Kseniya Sobçak Rusiyanın Mixeil Saakaşvilisidir.
“Siz istəyirsiz ki, Rusiyanın da Saakaşvilisi olsun? Saakaşvili Rusiyada vəziyyətin sabitləşməsinə səbəb olacaq?”, - deyə Putin bildirib.
 
Jurnalistlərin suallarına cavab verərkən Putin rəqibi olmaq istəyən Sobçakı sərt tənqid edib: “Siz onun seçki süarına baxın. “Hər kəsə qarşı” olun. Sizcə bu müsbət fəaliyyət proqramıdır? Bəs siz bizim bu gün həll etməyə çalışdığımız problemlərlə bağlı niyə heç nə demirsiz? Siz əmin olun ki, bu gün Rusiya hökuməti heç kimdən qorxmur və heç kimi qorxutmur”.
Qeyd edək ki, 2018-ci ildə Rusiya prezidentliyinə namizədliyini irəli sürmək istəyən tanınmış teleaparıcı Kseniya Sobçak dəfələrlə Putini tənqid edib. Hətta o, ABŞ-ın Putin və onun ətrafına qarşı qadağaları dəstəklədiyini bildirib.
Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək. Seçki kampaniyası dekabr ayında başlamalıdır.